top of page

Azərbaycan kubokunun yarımfinal matçlarına hakim təyinatları

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab matçlarını idarə edəcək hakimlər müəyyənləşib.


90plus.az xəbər verir ki, aprelin 26-da oynanılacaq "Neftçi" - "Turan Tovuz" görüşü Fərid Hacıyevə tapşırılıb.


Aprelin 27-dəki "Səbail" - "Qəbələ" qarşılaşması isə FIFA referisi Əliyar Ağayevə həvalə olunub.


Qeyd edək ki, ilk oyunlarda Tovuz və Qəbələ təmsilçiləri müvafiq olaraq 1:0 və 3:2 hesablı qələbə qazanıblar.

0 comments
bottom of page