Azərbaycan-Malta oyununa təyinatlar açıqlandı


Qadınlardan ibarət Azərbaycan milli komandasının evdə Malta ilə keçirəcəyi dünya çempionatının seçmə oyunu üçün təyinatlar açıqlanıb. 90plus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Reka Molnara Katalin Török və Noemi Hegedus-Barat yan xətt, Reka Boqnar isə dördüncü hakim qismində yardımçı olacaq. Qeyd edək ki, oktyabrın 26-da "ASK Arena"da keçiriləcək Azərbaycan – Malta qarşılaşması saat 18:00-da başlanacaq.

0 comments