Azərbaycan milli komandasının üzvü Fransa klubunda!

.


90plus.az "Report"a istinadən verdiyi məlumata görə, ötən ilin yayında Belçikanın “Halle Gooik” klubu ilə 1 illik müqavilə imzalamış müdafiəçi bu dəfə icarə əsasında Fransanın ACCES komandasında çıxış edəcək. Anlaşma may ayına qədərdir.


Transferi ilə bağlı federasiyanın rəsmi saytına açıqlama verən Borges Belçika çempionatı başa çatdığı üçün bu addımı atdığını söyləyib: "Formada qalmaq, Azərbaycan millisinə kömək etmək üçün bunu etməli idim. Həm də ACCES mənə yad klub deyil. Elə Belçikaya gedənə qədər də bu komandanın üzvü idim”.



0 comments