top of page

Azərbaycan millisi 2 yoxlama oyunu keçirəcək

Qadın futbolçulardan ibarət Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunları çərçivəsində iki görüşdə qüvvəsini sınayacaq.


90plus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda iyulun 14-də və 17-də Riqadakı Yanis Skredelis stadionunda Latviya yığması ilə üz-üzə gələcək.


Hər iki qarşılaşma saat 17:00-da başlayacaq.

0 comments
bottom of page