top of page

"Azərbaycan millisi aqressiv futbol oynayır"


Şimali Makedoniya millisinin baş məşqçisi Blaqoya Milevski yığmamızla yoxlama oyunu öncəsi mətbuat konfransı keçirib.

90plus.az xəbər verir ki, o, qələbə qazanacaqlarına inandığını deyib: "Hər oyuna qələbə üçün çıxırıq. Sabah da belə olacaq. Rəqib bizi yaxşı analiz edib. Fərqli futbol sərgiləyirlər. Son nəticələr Azərbaycan millisinin keyfiyyətli komanda olduğunu deməyə əsas verir. Onlar həm də aqressiv oynayırlar".



Qeyd edək ki, sabah keçiriləcək Şimali Makedoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

0 comments
bottom of page