top of page

Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirəcək

Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirəcək.


90plus.az - ın məlumatına görə, Canni De Byazinin yetirmələri İsveç yığmasının qonağı olacaqlar.


F qrupunun ilk turunda böyük hesabla məğlub olan iki komanda Solnada üz-üzə gələcək. "Frends Arena"da baş tutacaq qarşılaşmada Azərbaycan millisi Avstriyaya 1:4 hesablı məğlubiyyəti unutdurmaq niyyətindədir. Üç gün əvvəl doğma arenasında Belçikaya 3 cavabsız qolla uduzan Zlatan İbrahimoviçin komandası isə eyni məkanda ilk xallarını qazanmaq arzusundadır.


AVRO-2024, seçmə mərhələ


II tur


27 mart


F qrupu


22:45. İsveç – Azərbaycan


Baş hakim: Stefani Frappar


Solna, "Frends Arena"



0 comments
bottom of page