Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək.


90plus.az -ın məlumatına görə, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olacaq.


Kişineudakı "Zimbru" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edəcək.


Bu, iki kollektiv arasında sayca 12-ci oyun olacaq. Əvvəlki 11 görüşün 2-də Azərbaycan, 4-də Moldova qələbə qazanıb. 5 matçda isə qalib müəyyənləşməyib.


Yoldaşlıq oyunu


16 noyabr


21:00. Moldova - Azərbaycan


Hakimlər: Denis Şurman, Aleksandr Jukov, Viktor Nijnik (hamısı Ukrayna), Roman Jitari (Moldova)


Kişineu, "Zimbru" stadionu


Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.



0 comments