top of page

Azərbaycan millisi Gürcüstana qarşı

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.

90plus.az xəbər verir ki, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv Gürcüstanla qarşılaşacaq. Niderlandın Qroningen şəhərində, “Martini Plaza” arenasında keçiriləcək oyun saat 17:30-da başlayacaq.


Azərbaycan yığması final mərhələsində Gürcüstanla yanaşı, Bosniya və Herseqovina və İspaniya ilə üz-üzə gələcək.


Futzal, AÇ-2022

22 yanvar


Gürcüstan – Azərbaycan Hakimlər: Sedrik Pelissye (Fransa), Daniel Matkoviç (İsveçrə), Nikola Yeliç (Xorvatiya). Timekeeper: Vedran Babiç (Xorvatiya). Qroningen. Martini Plaza. Saat 17:30.

0 comments
bottom of page