top of page

Azərbaycan millisi İtaliya yığması ilə üz-üzə gələcək

Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol üzrə beynəlxalq turnir davam edir.


90plus.az xəbər verir ki, Azərbaycan millisi turnirdəki ikinci görüşündə İtaliya yığması ilə üz-üzə gələcək. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv ilk matçında Çexiya ilə 0:0 hesablı bərabərə qalıb.


20:30 Azərbaycan - İtaliya


Millimizin İtaliya ilə oyunundan əvvəl isə aşağıdakı matçlar keçiriləcək.


11:00 Türkiyə - Ukrayna

12:30 İtaliya - Yunanıstan

14:00 Qazaxıstan - Cənubi Afrika

15:30 Serbiya - Çexiya

19:00 Türkiyə - Fransa


Yığmamız növbəti matçlarını mayın 3-də Gürcüstan və mayın 4-də Serbiyaya qarşı keçirəcək.



0 comments
bottom of page