Azərbaycan Millisi yarışdan qovuldu!


Azərbaycan millisi Kiprin Limassol şəhərində keçirilən sambo üzrə Avropa çempionatından qovulub.


Emil Həsənovun finalda Rusiya samboçusu ilə görüşdə ağrıdıcı fəndlə uduzması azərbaycanlı məşqçilərin xoşuna gəlməyib.


Onlar bunun qərəzli şəkildə edildiyini bildirib və etirazlarını sərt şəkildə çatdırıblar. Bu səbəbdən də təşkilatçılar Azərbaycan komandasının yarışdan uzaqlaşdırılması barədə qərar çıxarıb.


Komandanın qazandığı nəticələr isə silinib.


(Oxu.az)

0 comments