Azərbaycan millisinə 27 oyunçu çağırıldı


Yanvarın 25-dən fevralın 4-dək Bakıda U-17 Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.


90plus.az AFFA-nın saytına istinadən xəbər verir ki, toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVID-19 testindən keçəcək.


Hazırlıq prosesinə 27 oyunçu çağırılıb:

Xəyal Fərzullayev, İbrahim Nağıyev (hər ikisi "Sumqayıt"), Vaqif Yeqanov, Nihad Əliyev (hər ikisi "Qarabağ"), Məmməd Muradov, Samir Ağayev, Murad Musayev, Ravil Qafarov, Rüfət Bədəlzadə, Şahin Şahniyarov, Okan Təhməzli, Eşqin Əhmədov, Kənan Baxışov, Sənan Ağalarov (hamısı "Qəbələ"), Həmzəali Mikayılov, Fəxri Məmmədli, Səbuhi Qurbanov, Tuncay Yusifli, Ramil Nurəhmədov (hamısı "Sabah"), Rüfət Abbasov, Ömər Qurbanov, İbrahim İbrahimli (hamısı "Neftçi"), Hacıəli Şirəliyev ("Səbail"), Edqar Adilxanov, İftixar İbrahimov (hər ikisi "Keşlə"), Nahid Əliyev ("Moskovskaya Zastava"), Emin Hüseynzadə ("Binə")

0 comments