Azərbaycan Millisinə dəvət aldı

Yunanıstanın “Atromitos” klubunun formasını geyinən Əmir Ağayev Azərbaycan millisinə dəvət olunub.



90plus.az klubun saytına istinadən xəbər verir ki, futbolçuya gələn bildirişdə o, 31 avqust – 8 sentyabr arası millimizin toplanışına çağırılıb.



Qeyd edək ki, millimizin yeni baş məşqçisi Canni de Byazinin baş məşqçiliyi altında komandamız Millətlər Liqasında  sentyabrın 5-i Bakıda Lüksemburq, sentyabrın 8-i isə Nikosiyada Kiprlə qarşılaşacaq.

0 comments