"Azərbaycan millisində daha böyük nəticələr üçün şərait var"- Prosineçki

Millimizin sabiq baş məşqçisi Robert Prosineçki yenidən yığmamızı çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirib.



90plus.az xəbər verir ki, bosniyalı mütəxəssis ölkəsinin mətbuatına qısa açıqlamasında millimizdə çalışacağını istisna etməyib: "Hər şey mümkündür, görəcəyik.  Azərbaycan millisində daha böyük nəticələr əldə etmək üçün hər cür şərait var".

Qeyd edək ki, ötən ay Bosniya və Herseqovina millisindən ayrılan Robert Prosineçki  2014-2017-ci illərdə Azərbaycan yığmasını çalışdırıb.

0 comments