top of page

"Azərbaycan millisində oynamaq imkanım var" - Ayaz Quliyev


"Ximki"nin yarımmüdafiəçisi Ayaz Quliyev Azərbaycan millisində oynaya biləcəyini istisna etməyib.



90plus.az xəbər verir ki, “РБ Спорт”a açıqlama verən Quliyev bu cür danışıb:



"Azərbaycan millisində oynaya bilərəm. Ancaq sadəcə razılaşmaq və yekun qərarı qəbul etmək lazımdır. İstisna etmirəm ki, gələcəkdə Rusiya yığmasında yox, məhz bu komandada oynayacam".



"Spartak"ın yetirməsi olan Quliyev bu mövsümün əvvəlindən “Ximki”də çıxış edir.



O, Rusiya Premyer Liqasında bu mövsüm 10 oyuna çıxıb, bir assist edib. “Ximki” Rusiya Premyer Liqasında 17 turdan sonra 12 xalla 15-ci pillədədir. 

0 comments
bottom of page