
"İki il öncəki oyunla indikini müqayisə etmək çətindir. Amma biz qələbəyə daha layiq idik".
90plus.az xəbər verir ki, bu sözləri Lüksemburq millisinin kapitanı Loran Yans DÇ-2022-nin seçmə mərhələsində sabah Bakıda Azərbaycan millisinə qarşı keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
O, meydana qələbə üçün çıxacaqlarını bildirib: "Sabah da bunun üçün oynayacağıq. Rəqib evdə yaxşı çıxış edir. Lakin hədəfimiz 3 xaldır".
Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Lüksemburq matçı saat 21:00-da başlayacaq.