Azərbaycan millisinin üzvü üçün yeni baş məşqçi

Azərbaycan millisinin üzvü Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay” komandasının yeni baş məşqçisi müəyyənləşib.

90pluxəbər verir ki, komandanın “sükan”ı İqor Leonova tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Leonovla imzalanan müqavilənin detalları açıqlanmayıb.


Leonov “Minay”ın uğursuz çıxışına görə istefaya göndərilən Vasili Kobini əvəzləyib.


“Minay” Ukrayna Premyer Liqasında 9 turdan sonra 6 xalla 15-ci pillədə qərarlaşıb.

0 comments