top of page

Azərbaycan millisinin üzvü Türkiyə klubu ilə müqavilə imzaladı

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Aysun Əliyevanın yeni klubu bəlli olub.

90plus.az xəbər verir ki, Əliyeva Türkiyə təmsilçisi “Rizəspor”la müqavilə imzalayıb. Bu barədə Qaradəniz təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İmzalanan müqavilənin detalları açıqlanmayıb.

Aysun Əliyeva son olaraq Türkiyədə “Fomget Genclik ve Spor” klubunda çıxış edib.

0 comments
bottom of page