top of page

“Azərbaycan millisinin azarkeşiyəm” – De Byazi

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “Panorama Sport” nəşrinə müsahibə verib.


90plus.az xəbər verir ki, o, daha əvvəl çalışdırdığı Albaniya millisi üçün darıxıb-darıxmadığı ilə bağlı sualı belə cavablandırıb:


“Mən Azərbaycan millisinin məşqçisiyəm və bu komandanı hər cəhətdən təkmilləşdirməyə çalışıram. Albaniya millisini dəstəkləyirəm və Avropa çempionatına getməyinizi çox arzulayıram. Amma mən Azərbaycanın millisinin məşqçisi və azarkeşiyəm”.


Xatırladaq ki, 2011-2017-ci illər aralığında Albaniya yığmasına başçılıq etmiş De Byazi bu komandanı AÇ-2016-nın final mərhələsinə çıxarıb.

0 comments
bottom of page