Azərbaycan millisinin daha bir futbolçusu zədələnib

Azərbaycan millisinin və "Sabah" komandasının futbolçusu Namik Ələskərov zədələnib.


90plus.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Qarabağ"a 3:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VI tur oyunundan əvvəl sıradan çıxıb.


Ələskərovun durumuna qarşıdakı həftədə aydınlıq gələcək.

0 comments