
Avro-2024-ün seçmə mərhələsinin Azərbaycan - İsveç matçından öncə milli karyerasını bitirən futbolçulara xüsusi plaket təqdim olunub.
90plus.az xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda bununla bağlı instaqram hesabında paylaşım edib:
"Azərbaycan milli komandasının formasını həmişə qürurla daşıdım və buna görə karyeramı qiymətləndirən hər kəsə xüsusi təşəkkür edirəm. Oyundan öncə azarkeşlər önündə bizə verilən xatirə hədiyyəsinin dəyəri mənim üçün çox böyükdü. Milli komandaya bir azarkeş kimi gələcəkdə ancaq uğurlar arzulayıram".
Qeyd edək ki, Riçard Almeyda 2017-ci ilin mart ayında Azərbaycan millisində debüt edib. Təcrübəli futbolçu yığmanın heyətində meydana çıxdığı 31 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.