19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının təqvimi müəyyənləşib.
90plus.az xəbər verir ki, Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz B Liqasının 1-ci qrupda Xorvatiya, Monteneqro və Kipr komandaları ilə mübarizə aparacaq.
Bu qrupun oyunları Xorvatiyada keçiriləcək.
Oyunların təqvimini diqqətinizə çatdırırıq:
Monteneqro – Azərbaycan4 oktyabr. Poreç. Veli Joze stadionu. Saat 17:30
Azərbaycan – Kipr7 oktyabr. Poreç. Veli Joze stadionu. Saat 17:30
Azərbaycan – Xorvatiya10 oktyabr. Poreç. Veli Joze stadionu. Saat 13:00