Azərbaycan millisinin rəqibləri məlum oldu

Bu gün İsveçrənin Nyon şəhərində final mərhələsi 2023-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq 17 yaşadək qadınlardan ibarət komandaların Avropa çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb.

90plus.az xəbər verir ki, reytinqə əsasən B liqasında qərarlaşan millimiz 3-cü qrupda Albaniya, Şotlandiya və Şimali Makedoniya komandaları ilə A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.


Bu qrupun oyunları gələn il 8-14 mart tarixlərində Albaniyada keçiriləcək.

0 comments