
Təcrübəli futbol mütəxəssisi Qəhrəman Əliyev vəfat edib.
90plus.az xəbər verir ki, Veteran futbolçu uzun sürən ağır xəstəlikdən sonra 63 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Qəhrəman Əliyev "Şəmkir", "Masallı", MOİK, "Olimpik", "Bakı" kimi klublarda çalışıb. O, 2022/2003 mövsümündə "Şəmkir"lə Azərbaycan çempionu olub. O, Azərbaycanın U-19 millisinin də baş məşqçisi olub.
Allah Rəhmət Etsin!