top of page

Azərbaycan millisinin Ukrayna ilə oyunlar üçün heyəti bilindi

Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə dekabrın 18-də və 19-da Bakıda Ukrayna yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

90plus.az xəbər verir ki, dekabrın 12-dən 20-dək (dekabrın 12-də Bakı İdman Sarayında, dekabrın 13-dən isə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzi) davam edəcək toplanışa baş məşqçi Joze Alesio Da Silva 15 futzalçı dəvət edib.


Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq.


1 Rövşən Hüseynli Araz-Naxçıvan

2 Ramiz Çovdarov Araz-Naxçıvan

3 İsa Atayev Araz-Naxçıvan

4 Xətai Bağırov Araz-Naxçıvan

5 Rizvan Fərzəliyev Araz-Naxçıvan

6 Amir Shojaei Araz-Naxçıvan

7 Nurlan Mehdizadə Araz-Naxçıvan

8 Cavad Məmmədov Neftçi

9 Emin Kürdov Ekol

10 Tofiq Mikayılov Ekol

11 Xəzər Ağalizadə U-19

12 Rafael Vilela Palma Futsal (İspaniya)

13 Fineo De Araujo Sporting Paris (Fransa)

14 Thiago Teles Martins ACCS FUTSAL (Fransa)

15Everton Cardoso Levante U.D. (İspaniya)

0 comments
bottom of page