Azərbaycan-Moldova oyunu azarkeşlərlə keçiriləcək


Azərbaycan və Moldova milli komandaları arasında keçiriləcək yoldaşlıq matçına azarkeşlərin buraxılacağı dəqiqləşib.


90plus.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyası məlumat yayıb. Artıq oyuna biletlərin satışı başlayıb. Tribunaların tutumunun 50 faizinin azarkeşlərlə doldurmağa icazə verilib.


Qeyd edək ki, Moldova - Azərbaycan oyunu iyunun 6-da "Zimbru" stadionunda keçiriləcək

0 comments