Azərbaycan paracüdoçularının ilk rəqibləri bəlli oldu


Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan paracüdoçularının ilk rəqibləri bəlli olub. 90plus.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən ikiqat paralimpiya çempionu İlham Zəkiyev Böyük Britaniya təmsilçisi Cek Hodjsonla üz-üzə gələcək. Tokio-2020 Yay Paralimpiya Oyunları Kişilər 60 kq Vüqar Şirinli - Henri Borges (Uruqvay) / Recep Çiftçi (Türkiyə) cütünün qalibi 68 kq Namiq Abaslı - Bannon İbanes (İspaniya) / Luis Peres (Puerto-Riko) cütünün qalibi 81 kq Hüseyn Rəhimli - Daniel Pouel (Böyük Britaniya) / Harli Pereyra (Braziliya) cütünün qalibi 100 kq Kənan Abdullaxanlı - Şərif Xəlilov (Özbəkistan) + 100 kq İlham Zəkiyev - Cek Hodjson (Böyük Britaniya) Qadınlar 48 kq Şəhanə Hacıyeva - Şuzika Hanqai (Yaponiya) 52 kq Bəsti Səfərova - Yui Fucivara (Yaponiya) 57 kq Sevda Vəliyeva - Dayana Fedosova (Qazaxıstan) / Halithon Husan (Qırğızıstan) cütünün qalibi ilə 63 kq Xanım Hüseynova - Hiroko Kudo (Yaponiya) - Liana Mutia (ABŞ) cütünün qalibi +70 kq Dursədəf Kərimova - Anastasiya Harnik (Ukrayna) Qeyd edək ki, cüdo yarışları avqustun 27-də başlayacaq. Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.

0 comments