Azərbaycan - Portuqaliya oyunu "Yuventus"un stadionunda olacaq!


DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya - Azərbaycan oyunu İtaliyanın Turin şəhərində, "Yuventus"un stadionunda təşkil olunacaq.


90plus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu rəsmi məlumat quruma UEFA-dan, Portuqaliya Futbol Federasiyasından və "Yuventus" klubundan göndərilib və AFFA tərəfindən razılıq verilib.


Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır.

0 comments