top of page

Azərbaycan Premyer Liqası: Bu gün I dövrə yekunlaşır!


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun son 2 oyunu keçiriləcək.


90plus.az xəbər verir ki, bununla da ölkə çempionatında I dövrəyə yekun vurulacaq.

Günün ilk matçı Sumqayıtda yerli komanda ilə "Neftçi" arasında olacaq. Hazırda meydan sahibləri 7 xalla 5-ci, qonaqlar isə 13 xalla 2-ci pillədə qərarlaşıb.

Tur "Sabah" - "Qarabağ" görüşü ilə başa çatacaq. Ağdam klubu 14 xalla turnir cədvəlinə başçılıq edir. Cəmi 1 xalı olan Ramin Quliyevin başçılıq etdiyi kollektiv isə sonuncu sırada yer alıb.

Azərbaycan Premyer Liqası

VII tur

17 oktyabr (bazar)

16:30. “Sumqayıt” – “Neftçi” “Kapital Bank Arena”.

18:45. “Sabah” – “Qarabağ” “Bank Respublika Arena”.

Qeyd edək ki, ilk oyun günündə "Keşlə" səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. "Qəbələ" - "Zirə" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

0 comments
bottom of page