Azərbaycan Premyer Liqası: Qış fasiləsi bu gün keçiriləcək 3 matçla bitir

Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatacaq.


90plus.az xəbər verir ki, 27 günlük fasiləyə XIV turun ilk günündə oynanılacaq 3 qarşılaşma ilə son qoyulacaq.

Günün ilk matçları Bayıl və Zirədə baş tutacaq. 24 xalla çempionatın lideri olan "Neftçi" "ASCO Arena"da 13 xalla 6-cı pillədə qərarlaşmış "Səbail"lə üz-üzə gələcək. Görüşü Vətən müharibəsindən qayıdan gənc referi Kamal Umudlu idarə edəcək.


Azərbaycan Premyer Liqası

XIV tur

21 yanvar (cümə axşamı)


16:00. “Zirə” – “Qəbələ”

Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Nahid Əliyev, Səbuhi Bayramov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Aslan Şahgəldiyev Zirə İdman Kompleksinin stadionu


16:00. “Səbail” – “Neftçi” Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: Məmmədəli Məmmədov “ASCO Arena”


18:00. “Sabah” – “Qarabağ” Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Namiq Bəkirov Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Rüfət Əmirov “Bank Respublika Arena”


22 yanvar (cümə)

16:00. “Keşlə” – “Sumqayıt” “ASK Arena”.


Qeyd edək ki, XIV tura dekabrın 22-də keçiriləcək "Sumqayıt" - "Keşlə" matçı ilə yekun vurulacaq.

0 comments

Recent Posts

See All