Azərbaycan Premyer liqasının yeni loqosu

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının yeni loqosunu təqdim edib.



90plus.az qurumun saytına istinadən xəbər verir ki, yeni loqo 4 elementin vəhdətidir:




1) Alov – “odlar yurdu” Azərbaycanın əsas simvollarından biridir; 2) Dalğavari hissə – Xəzər dənizinə işarədir; 3) Qartal – Azərbaycan xəritəsinin ümumi görünüşünü özündə əks etdirir; 4) Qartal, alov və dalğa ilə əhatələnən top isə futbolun əsas simvoludur.

Premyer Liqanın yeni loqosu tünd fonda ağ rəngdədir. Açıq fonda olarkən, loqonun əsas hissələri tünd göy göstərilir.


0 comments