Azərbaycan Premyer Liqasında fasilə başladı!


Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura yekun vurulub.

90plus.az xəbər verir ki, çempionatda 2021-2022 mövsümünün ilk yarısı başa çatıb. Bununla da Premyer Liqada 53 günlük fasilə yaranıb.

Çempionatda mövsümün ikinci yarısına fevralın 7-də start veriləcək. 15-c turun oyunları iki gün ərzində - fevralın 7 və 8-də keçiriləcək. Qeyd edək ki, "Qarabağ" 33 xalla fasiləyə lider yollanıb. "Qəbələ" 26 xalla 2-ci, "Neftçi" və "Zirə" isə 22 xalla müvafiq olaraq 3-cü və 4-cü pillədə qərarlaşıb.

0 comments