top of page

Azərbaycan Premyer Liqasında I dövrəyə darmadağınla yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.


90plus.az xəbər verir ki, turun və I dövrənin son matçında "Sabah" evdə "Kəpəz"lə qarşılaşıb. "Bank Respublika Arena"dakı görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.


Paytaxt təmsilçisindən qolları 22-ci dəqiqədə Coy Lens Mikels, 39 və 52-ci dəqiqələrdə Aleksey Kaşuk, 42-ci dəqiqədə Anatoli Nuriyev və 82-ci dəqiqədə Namik Ələskərov vurub.


Bu nəticədən sonra xallarını 23-ə çatdıran "Sabah" 2-ci pillədəki mövqeyini qoruyub. 4 xalı olan "Kəpəz" isə 8-ci sırada yer alıb.


Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" evdə "Şamaxı"nı, "Səbail" "Sumqayıt"ı , "Qarabağ" səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib, "Neftçi" isə "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb.



0 comments
bottom of page