Azərbaycan Premyer Liqasında klubların sayı 10 olacaq 

Azərbaycan Premyer Liqasında komandaların sayı 8-dən 10-a artırılacaq.

90plus.az xəbər verir ki, AFFA-nın yeni vitse-prezidenti Vaqif Sadıqov hazırda keçirilən mətbuat konfransında bu məsələyə toxunub: "Hamımız klubların sayını artırmaq istəyirik. Onların sayını 10-a çatdırmağı planlaşdırırıq. Bu iki komanda əyaləti təmsil edəcək. " Xatırladaq ki, növbəti mövsümdən Premyer Liqada təmsil olunacaq bu əyalət klublarının Gəncə "Kəpəz"iylə "Turan Tovuz"un olacağı gözlənilir.

0 comments