Azərbaycan premyer liqasında turun cədvəli açıqlandı 

Premyer Liqada 16-cı turun oyunlarının vaxtı açıqlanıb.

90plus.az PFL-in saytına istinadən xəbər verir ki, turun görüşləri 2 günü əhatə edəcək. Fevralın 8-də "Tofiq Bəhramov"da keçiriləcək turun mərkəzi matçı sayılan "Qarabağ" - "Neftçi" oyunu saat 20:00-da başlayacaq. 7 fevral (cümə) 17:00.“Keşlə” – “Səbail” “ASK Arena” 19:00.“Sabah” – “Qəbələ” “Bank Respublika Arena” 8 fevral (şənbə) 17:30.“Sumqayıt” – “Zirə” “Kapital Bank Arena" 20:00.“Qarabağ” – “Neftçi” Tofiq Bəhramov adına Respublika Stadionu Qeyd: Milli Məclisə seçkilərlə əlaqədar olaraq tur əvvəlcədən nəzərdə tutulduğu kimi 8-9 fevralda deyil, 7-8 fevralda keçiriləcək.

0 comments