Azərbaycan - Serbiya oyununa hakimlər bəlli oldu


90plus.az xəbər verir ki, Azərbaycan və Serbiya yığmaları arasında keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatının seçmə oyunu üçün bütün təyinatlar açıqlanıb.


Matç israilli hakimlər briqadasına tapşırılıb.


Baş hakim Roy Raynşrayberə David Elias Biton və Sagi Metzamber yan xətt, David Fuksman dördüncü hakim qismində kömək edəcək. Bolqarıstanlı İçko Lozev hakim-inspektor, rusiyalı Vyaçeslav Semyonov FIFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.


Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq.

0 comments

Recent Posts

See All