top of page

Azərbaycan Türkiyə ilə eyni səbətdə yer alacaq


Qadın futbolçulardan ibarət Azərbaycan yğmasının ilk dəfə keçiriləcək UEFA Millətlər Liqasının püşkatma mərasimində yer alacağı səbət bəlli olub.

"90plus" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, C Liqasında mübarizə aparacaq kollektiv Malta, İsrail, Türkiyə və Şimali Makedoniya ilə birlikdə I səbətə düşüb.

Mayın 2-də təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

I səbət: Malta, İsrail, Azərbaycan, Türkiyə, Şimali Makedoniya

II səbət: Kosovo, Monteneqro, Lüksemburq, Estoniya, Moldova

III səbət: Litva, Qazaxıstan, Latviya, Bolqarıstan, Kipr

IV səbət: Farer adaları, Gürcüstan, Ermənistan, Andorra

Qeyd edək ki, qrupda ilk iki pilləni tutan komandalar AVRO-2025-ə vəsiqə uğrunda pley-off oyunlarına çıxacaqlar.

0 comments
bottom of page