Azərbaycan - Türkiyə matçının vaxtı müəyyənləşdi


Futbol üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı müəyyənləşib.


90plus.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, mayın 27-də Alanyadakı Oba stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Qeyd edək ki, Canni De Byazinin başçılıq etdiyi komanda Türkiyə ilə qarşılaşmadan sonra - iyunun 2-də Minsk şəhərində Belarus, iyunun 6-da isə Kişineuda Moldova yığması ilə üz-üzə gələcək.

0 comments