Azərbaycan xizəkçisi Böyük Britaniyada çempion oldu


Azərbaycanı dağ xizəyi üzrə yarışlarda təmsil edən İlya Kostov Böyük Britaniyanın açıq çempionatında birinci yeri tutub. 90plus.az Qış İdman Növləri Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Fransanın Tiqnes Xizək Kurortunda baş tutan yarışda 17 yaşlı idmançı U-18 kategoriyasında dağdan eniş növündə qızıl medal qazanıb. İkinci yerə fransalı Dilan Hakkar, üçüncü yerə isə macarıstanlı Attila Banyal sahib olub. Kostov ümumi nəticələrə görə isə 3-cü yerdə qərarlaşıb. Yarışda Fransa, Macarıstan, İtaliya, ABŞ, Avstraliya və Kanadadan ümumilikdə 30 xizəkçi qatılıb. İlya Kostov Azərbaycanı dağ xizəyi üzrə yarışlarda 2021-ci ildən təmsil edir.

0 comments