top of page

Azərbaycan yığması İtaliya üzərində qələbə qazandı

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində ikinci oyun gününə yekun vurulub.


90plus.az xəbər verir ki, günün son oyununda Azərbaycan millisi İtaliya yığması ilə üz-üzə gəlib.


Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:0. Yığmamızın heyətində Rəvan Kərimov (26) və Mirmehdi Rzayev (46) fərqlənib.


Xatırladaq ki, komandamız ilk matçında Çexiya ilə 0:0 hesablı bərabərə qalmışdı. Yığmamız növbəti matçlarını mayın 3-də Gürcüstan və mayın 4-də Serbiyaya qarşı keçirəcək.

0 comments
bottom of page