“Azərbaycana gedib, rahat üç xal qazanacağını düşünə bilməzsən” – Ranqnik

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün seçmə mərhələsi barədə açıqlama verib.


90plus.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı F qrupundakı şanslarını dəyərləndirən 64 yaşlı almaniyalı mütəxəssis, Azərbaycan və Estoniyaya autsayder kimi yanaşmadıqlarını deyib:


“İstənilən rəqibi məğlub edə biləcək səviyyəyə çatmaq istəyirik. Digərləri kimi, Azərbaycan və Estoniya da AÇ-2024-ə qatılmaq istəyir. Buna görə də, onlara autsayder gözü ilə baxmaq və bu komandaları qiymətləndirməmək olmaz. Azərbaycana gedib, rahat üç xal qazanacağını düşünə bilməzsən”.


AÇ-2024-ün seçmə mərhələsinin F qrupunda Avstriya və Azərbaycanla yanaşı, Belçika, İsveç və Estoniya da mübarizə aparacaq. Azərbaycan millisi ilk oyununu gələn il martın 24-də səfərdə məhz Avstriyaya qarşı keçirəcək.

0 comments