top of page

Azərbaycana UEFA reytinqində növbəti xalları qazandı

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki uğurlu çıxışı Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.


90plus.az - ın məlumatına görə, Ağdam təmsilçisi Sloveniyada yerli “Olimpiya” üzərində 2:0 hesablı qələbə qazanmaqla ölkə reytinqinə 0,250 xal əlavə edib.


Bununla ölkənin cari mövsümdəki xalları 2,500 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Slovakiya ilə aradakı fərq cəmi 0,375 əmsala bərabərdir.


Baş tutan qarşılaşmalar İsrail, Danimarka, Rumıniya, Kosovo, Qazaxıstan və İslandiyanın irəliləməsinə, Ukrayna, İsveç, Kipr, Ermənistan, Latviya, Şimali İrlandiya, həmçinin Bosniya və Herseqovinanın geriləməsinə səbəb olub.


Reytinqə 89,053 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədə qərarlaşıb.



0 comments

Comentarios


bottom of page