Azərbaycanda çalışmış sabiq məşqçi reanimasiyaya yerləşdirildi


"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Con Toşak reanimasiyaya yerləşdirilib. 90plus.az xəbər verir ki, bu barədə "El Diario Vasco" məlumat yayıb. 73 yaşlı mütəxəssis koronavirusa yoluxub. Toşakın səhhəti son bir neçə saat ərzində pisləşib. Həkimlər onda ağır pnevmoniya olduğunu təsdiqləyiblər. Uelsdən olan baş məşqçi hazırda həyat yoldaşı ilə birlikdə İspaniyanın Barselona şəhərində xəstəxanadadır. Qeyd edək ki, Con Toşak 2013-cü ildə "Xəzər Lənkəran"da işləyib. Təcrübəli mütəxəssis İspaniyanın "Real" klubuna və Uels yığmasına da rəhbərlik edib.

0 comments