"Azərbaycanda futbolçu kimi inkişaf etdim"


"Azərbaycanda oynamaq təcrübəsi məni şəxsiyyət kimi böyüməyə vadar etdi. Bu, mənə zövq verir. Çünki futbolçu kimi də inkişaf etdim". 90plus.az xəbər verir ki, bu sözləri "Səbail"lə yollarını ayıran qvatemalalı qapıçı Nikolas Hagen deyib. O, bildirib ki, Bakı klubunun heyətində bu qədər oyun keçirmək ona rahatlıq verib: "Artıq futbola fərqli şəkildə baxmağı bacarıram. Hər gün inkişaf etməyə daha çox can atıram. Ümid edirəm ki, belə halların sayı çox olacaq". "Artıq hər şeyi daha yaxşı etmək istəyən və qapıya tərəf gələn hər topu dayandırmağa çalışan sakit bir Hagen görürəm. Qvatemalaya qayıtmağı qətiyyən düşünmürəm. Daha rəqabətli liqalarda oynamaq istəyirəm". Qeyd edək ki, Nikolas Hagen 2020/2021 mövsümündə "Səbail"də çıxış edib.

0 comments