top of page

Azərbaycanda işləmiş baş məşqçinin adı stadiona verilir


Türkiyə millisi, "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" komandalarının sabiq baş məşqçisi, hazırda "Altay" klubuna başçılıq edən Mustafa Denizlinin adı İzmirdə yeni açılacaq Alsancaq stadionuna veriləcək.

90plus.az xəbər verir ki bu, arenanın açılış mərasimi noyabrın 26-da keçiriləcək. Tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq. "Altay" və "Altınordu" klublarının oyunlarına ev sahibliyi edəcək stadion 15 min azarkeş tutumuna malikdir. Qeyd edək ki, Mustafa Dənizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.


0 comments
bottom of page