İngiltərənin "Sauthempton" klubu baş məşqçisi Ruben Selleslə yollarını ayıracağını açıqlayıb.
90plus.az xəbər verir ki, komanda Çempionşipə düşdüyü üçün 40 yaşlı mütəxəssisin müqaviləsi yenilənməyəcək.
Qeyd edək ki, Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.