
"Səbail", "Sabah" və "Keşlə" klublarının sabiq futbolçusu Yevgeni Koçuk Ermənistanın "Pünik" komandasına keçib. 90plus.az xəbər verir ki, moldovalı yarımmüdafiəçi ilə müqavilə imzalanıb. Sözləşmənin müddəti və digər detalları açıqlanmayıb. Qeyd edək ki, Yevgeni Koçuk 2018-2019-cu illərdə "Səbail"in, 2020-ci ildə "Sabah"ın, 2021-ci ildə isə "Keşlə"nin formasını geyinib. 29 yaşlı oyunçu son olaraq, ölkəsinin "Zimbru" klubunda çıxış edib.