"Azərbaycanda oynayacağımız üçün çox xoşbəxtəm" - Şenol Güneş



"Avro-2020-yə İtaliya ilə oyunla başlayacağıq. Bütün dünyanın gözü bu matçda olacaq. Avropa çempionatına gedəcəyi, amma bizim üçün yeni bir dönəm başlayır. Yeni başlanğıc olacaq".


90plus.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş TRT Spor-a müsahibəsidə deyib.

O, qrupda oynayacaqları iki matçın Bakıda keçirilməsinə növbəti dəfə münasibət bildirib: "Azərbaycanda oynayacağımız üçün çox xoşbəxtəm. Bundan yaxşısı ola bilməzdi. Demək olar ki, öz meydanımızda oynayacağıq. Amma səfər baxımından problem yaşaya bilərik. İki matç arasındakı müddəti 3 gündən 4 günə çəkməli idilər. Ən azı futbolçuların zədələnməməsi üçün".

0 comments