"Azərbaycanda oyun keçirmək xəyalımdır" – "Fenerbahçe" prezidenti


"Azərbaycan - Türkiyə dostluğundan danışmağa ehtiyac yoxdur. Bunu son vaxtlar stadionlarda görürük".


90plus.az xəbər verir ki, bu sözləri "Fenerbahçe"-nin prezidenti Ali Koç Mesut Özilin təqdimat mərasimində deyib.


54 yaşlı Koç Azərbaycanda "Fenerbahçe"-nin hansısa oyunu keçirməsi barədə də fikirlərini bildirib:


"Mənim bir xəyalım var: Üç ölkədə oyun keçirmək istəyirəm. Bunlardan biri Azərbaycandır. Mesutun gəlişi ilə bu ölkə oyun keçirmək daha da qiymətli oldu. Onun və "Fənərbağça"nın orada nə qədər çox sevildiyini bilirik. Pandemiya və sıx təqvimin arasına sala bilsək, Azərbaycana getməyi çox istəyirik. Digər iki ölkənin adını açıqlamaq istəmirəm".

0 comments