"Azərbaycandakı həkimlər əməliyyatı qəbul etmədi"


"Azərbaycandakı həkimlərə MRT nəticələrini göndərdik, amma heç biri əməliyyatı qəbul etmədi". 90plus.az xəbər verir ki, bunu "Neftçi"nin Türkiyənin Kayseri şəhərində əməliyyat olunan qapıçısı Aqil Məmmədov yerli mətbuata açıqlamasında deyib. 33 yaşlı qolkiper cərrahi müdaxiləyədək dizinin çox pis durumda olduğunu bildirib: "Burada Sinan Karaoğlu bütün məsuliyyəti öz üzərinə götürdü və mənə kömək etdilər. Artıq 3 gün keçib və ayağa qalxa bilirəm. Ümid edirəm ki, həkimin və onun komandasının sayəsində yaşıl meydanlara daha tez qayıdacağam". Qeyd edək ki, Aqil Məmmədov fevralın 24-də əməliyyat olunub.

0 comments