Azərbaycanlı futbolçu Gürcüstan klubundan ayrıldı

Azərbaycanlı futbolçu İbrahim Qədirzadə Gürcüstanın “Samtrediya” klubundan ayrılıb. 90plus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

İbrahim bu ilin fevralından “Samtrediya”da çıxış edirdi. O, yüksək liqa təmsilçisinin heyətində 16 matça çıxıb.

Qeyd edək ki, “Samtrediya” Gürcüstan çempionatında bu mövsüm 21 oyunda cəmi 10 xal toplayıb və 10 komanda arasında sonuncu pillədə qərarlaşıb.

0 comments